Ramin Musayev Antalyada
14.01.2014 - 18:01
Ramin Musayev Antalyada
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Türkiyənin Antalya şəhərinə gedib. Apasport.az saytının məlumatına görə, qurum başçısı yanvarın 13-dən təlim-məşq toplanışına start verən hakimlırimizin məskunlaşdığı “Miracle” otelinə qalacaq.

Hakimlərin hazırlıqlarına nəzarətlə yanaşı, Musayev həm də klublarımızın iştirakı ilə Türkiyədə keçiriləcək yoxlama matçlarına da baxacaq. PFL prezidenti yanvarın 26-da Bakıya qayıdacaq.

Qeyd edək ki, hakimlərin toplanışı yanvarın 27-dək davam edəcək.