Bu dəfə 3 oyun
14.01.2014 - 18:44
 Bu dəfə 3 oyun
Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan hakimlərinin hazırlığın ikinci günündə idarə edəcəyi oyunların siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ədalət təmsilçilərimiz bu gün 3 qarşılaşmada iş başında olacaq.

FİFA referisi Əliyar Ağayevin “Sürix” (İsveçrə) – “Duysburq” (Almaniya) oyununa təyinat alıb. “Hoverla” (Ukrayna) ilə Qazaxıstan U-21 yığmasının matçında isə ədaləti Orxan Məmmədov qoruyacaq. “Kaysar” (Qazaxıstan) və “M Union” (Almaniya) görüşünün baş hakimi isə Rauf Cabbarovdur.

Qeyd edək ki, yanvarın 13-də hakimlərimiz 1 oyun idarə etmişdi.