“Bakı”nın bugünkü məşqində nələr baş verdi? - VİDEO
14.01.2014 - 21:33
“Bakı”nın bugünkü məşqində nələr baş verdi? - VİDEO
“Bakı” İspaniyada təşkil olunan təlim-məşq toplanışı səhər saatlarında keçirilən məşqlə davam edir. Apasport.az klub saytına istinadən xəbər verir ki, baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında Marbela Futbol Mərkəzinin meydançasında təşkil olunan məşq 1,5 saat davam edib.

Məşqdə Əfran İsmayılov və Namiq Ələsgərov iştirak etməyiblər, Vadim Abdullayev isə komandadan ayrı çalışıb.

Paytaxt təmsilçisi hazırlıqlara bu axşam saat 21:00 da təşkil olunacaq məşqlə davam edəcək.

Pantiçin komandası hazırlıq prosesi çərçivəsində 15 yanvar, saat 21:30 da “Balonpedika Linense” klubu ilə yoxlama oyunu keçirəcək.