Futbolçumuz oynadı, komandası uduzdu
14.01.2014 - 23:11
Futbolçumuz oynadı, komandası uduzdu
Bu gün Türkiyə kubokunun qrup mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə millimizin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” A qrupu çərçivəsində ilk matçına çıxıb.

“Yiğidolar” səfərdə “Bursaspor”la üz-üzə gəlib. Ev sahibi komanda meydandan 2:1 hesabı ilə qalib ayrılaraq 3 xal qazanıb.

Cihan isə oyunun 85-ci dəqiqəsində Hakan Arslanın əvəzinə meydana daxil olub.

Qeyd edək ki, qrupdakı digər matçda “Akhisar BS” səfərdə “Əskişəhərspor”u 0:2 hesabı ilə məğlub edib.


1.Akhisar BS 1 1 0 0 3
2.Bursaspor 1 1 0 0 3
3.Sivasspor 1 0 0 1 0
4.Əskişəhərspor 1 0 0 1 0