“Milan” hücumçusunu icarəyə göndərdi
14.01.2014 - 23:40
“Milan” hücumçusunu icarəyə göndərdi
“Milan”ın futbolçusu Alessandro Matri karyerasını digər A Seriya təmsilçisi “Fiorentina”da davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bu barədə İtaliya mətbuatı xəbər yayıb.

Belə ki, Matri mövsüm sonuna qədər icarə əsasında yeni klubunun şərəfini qoruyacaq. Cüzeppe Rossinin zədələnməsindən sonra hücumda problemlər yaşayan “bənövşələr” 29 yaşlı forvardla komandanı gücləndirmək fikrindədir.

Qeyd edək ki, İtaliya millisinin də üzvü olan Matri ötən ilin avqust ayında “Yuventus”dan “Milan”a keçib. O, cari mövsüm çempionatda 15 matça çıxıb və 1 qol vurub