“İnter” alman klubu ilə oyuna hazırlaşır - FOTO
15.01.2014 - 00:28
“İnter” alman klubu ilə oyuna hazırlaşır - FOTO
Məlumat verdiyimiz kimi, “İnter” hazırda Türkiyədə təlim-məşq toplanışı keçirir. Apasport.az klub saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ötən gün iki dəfə məşq edib.

Səhər məşqində futbolçular isinmə hərəkətlərindən sonra ötürmələr üzərində çalışıblar. Axşam məşqində isə Kaxaber Sxadadzenin yetirmələri fiziki hərəkətlərlə yanaşı, xətlərarası əlaqələrin gücləndirilməsini nəzərdə tutan tapşırıqları yerinə yetiriblər və sonra iki şərti komandaya ayrılıb futbol oynayıblar.

Xatırladaq ki, bu gün “İnter” növbəti yoxlama matçını keçirəcək. "Bankirlər"in rəqibi Almaniyanın 3-cü liqasında mübarizə aparan "Holştayn" komandası olacaq.