“Çelsi” belçikalı futbolçusunu alman klubuna göndərir
15.01.2014 - 01:11
“Çelsi”nin futbolçusu Kevin de Bruyne karyerasını Almaniya Bundesliqasında davam etdirəcək. Apasport.az “BBC”yə istinadən xəbər verir ki, artıq “Volfsburq” bu barədə ilkin razılıq əldə edib və transferi 48 saat içində rəsmən açıqlayacaq.
Belə ki, almanlar bu keçid üçün London təmsilçisinə 16 milyon funt-sterlinq ödəyəcək. 22 yaşlı yarımmüdafiəçinin yeni klubu ilə 5 illik müqavilə bağlayacağı deyilir.
Qeyd edək ki, Belçika millisinin də üzvü olan de Bruney 2012-ci ildə ölkəsinin “Genk” klubundan “Çelsi”yə transfer olunub. Ötən mövsümü Almaniya “Verder”ində keçirən gənc futbolçu 34 matçda 10 qol, 10 qol ötürməsi ilə fərqlənib. O, cari mövsüm London klubu ilə 9 oyun keçirib və 1 qol ötürməsi ilə yadda qalıb.

0
0