“Yuventus” Pirlo ilə müqaviləni yenilədi
15.01.2014 - 01:50
“Yuventus” ulduz futbolçusu Andrea Pirlo ilə müqaviləni yeniləyib. Apasport.az saytının məlumatına görə, bu barədə İtaliya mətbuatı xəbər yayıb.
Belə ki, Turin təmsilçisi cari mövsümün sonunda müqaviləsi başa çatacaq 34 yaşlı yarımmüdafiəçi ilə 2 illik sözləşmə imzalayıb. Yeni anlaşmaya əsasən 2016-ci ilin yayına qədər komandasına xidmət edəcək təcrübəli futbolçu ildə 4 milyon avro qazanacaq.
Qeyd edək ki, İtaliya millisinin də üzvü olan Pirlo 2011-ci ildə “Milan”dan “Yuventus”a keçib. O, cari mövsüm Turin klubu ilə 20 oyun keçirib və 3 qol vurub.

0
0