Dənizli: Bunlar qorxaqlıqdı
15.01.2014 - 02:58
Dənizli: Bunlar qorxaqlıqdı
“Xəzər Lənkəran”ın türkiyəli baş məşqçisi Mustafa Dənizli karyerası ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, “Hurriyet” qəzetinə danışan 64 yaşlı mütəxəssis “Qalatasaray”a “yox” deyib, Cənub klubunu seçməsini dəyərləndirib:

“Bunlar o günün şərtləri ilə əlaqəli idi. Öz düşüncələrimlə bağlı idi. O gün düşünmədiyim şeyləri səhəri gün düşünə bilərəm. Bugünkü şəraitdə mənim üçün xaricdə çalışmağımın daha müvafiq olduğunu düşündüyüm üçün belə qərar verdim. “Qalatasaray” mənim yetişdiyim yerdir. O günün şərtlərini dəyərləndirdim və bunu paylaşdım. Əslində, o, “yox” demək deyildi”.

Təcrübəli çalışdırıcı Türkiyəyə “qorxaqlar ölkəsi” deməyinin səbəblərini də açıqlayıb: “Gələcəyindən qorxmaq. İş yerini itirməkdən qorxmaq. Uğursuz olmaqdan qorxmaq. Bunlar qorxaqlıqdır. Məğlub olmağı ön plana çıxarmaq qorxaqlıqdır. Hədəf uğursuzluqdan qorxmamaqdır”.