Benitesdən transfer açıqlaması
15.01.2014 - 06:56
Qış transfer pəncərəsində komandanı gücləndirmək niyyətində olan “Napoli” “Verona”nın futbolçusu Corcinyonu heyətinə qatmaq istəyir. Apasport.az saytının xəbərinə görə, bu barədə İtaliya klubunun baş məşqçisi Rafael Benites yerli KİV-ə açıqlamasında məlumat verib:
“Corcinyonu uzun müddətdir izləyirik. İdman direktorumuz Rikkardo Biqona bu transferlə bağlı inamım tamdır. Onunla birlikdə yaxşı çalışırıq və istədiyimiz məsələni həll edə bilirik. Bu yay onunla transferlə bağlı yaxşı işlər gördük”.
Qeyd edək ki, həm İtaliya, həm də Braziliya vətəndaşı olan 22 yaşlı yarımmüdafiəçi 2010-cu ildən “Verona”da çıxış edir.

0
0