“Bakı” ilk matçında “Lans”a uduzdu - VİDEO
15.01.2014 - 07:40
“Bakı” ilk matçında “Lans”a uduzdu - VİDEO
"Bakı"nın U-19 komandasının Fransanın Lans şəhərində təşkil olunmuş təlim-məşq toplanışı davam edir. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən gün paytaxt təmsilçisi birinci yoldaşlıq oyununu keçirib.

"Lans” klubunun həmyaşıdları ilə maraqlı mübarizə şəraitində keçən oyun "Bakı"nın 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, "Bakı"nın qollarını N.Dosayev (44) və Ə.Əlimərdanlı (65) vurub.

"Bakı": S.Əliyev (Y. Şirinov 59), Ş.Məmmədov, Y.Hakimov, R.Ağaverdiyev, M.İlyasov, İ.Cəbiyev (R. Kərimov 67), Y.Bağırov, N.Dosayev (N. Qocayev 79), Ə.Əlimərdanlı, E.Sayılov, V.Namazəliyev (L. Qocayev 60)