Zeedorf: “Milan”la yeni bir mərhələyə başlayıram
15.01.2014 - 10:29
Zeedorf: “Milan”la yeni bir mərhələyə başlayıram
“Oyunçu kimi çox şeyə nail olmuşam, uşaqlıq arzularım həyata keçdi. Yeni mərhələyə başlayıram. Və bu, yeni arzudur”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliyanın “Milan” klubunun yeni baş məşqçisi Klarens Zeedorf deyib.

Massimiliano Aleqqrini istefaya görən “Milan” onu sabiq oyunçusu hollandiyalı Klarens Zeedorf əvəzləməyə qərar verib. Sabah tərəflər arasında 2 illik müqavilə bağlanılacağı gözlənilir.

Təyinatı ilə bağlı “La Gazzetta dello Sport”a danışan Zeedorf bunları söyəlyib: “Mənə çox şey verən komandanı çalışdırmaq fürsətim olduğu üçün sevinirəm. Bu mənim üçün böyük şərəf və stimuldur. Məqsədlər? Çox istərdim klublar arası dünya çempionatının finalında “Botafoqo”ya qarşı oynacaq”.

Qeyd edək ki, Klarens Zeedorf 2002-2012-ci illər aralığında “Milan”ın şərəfini qoruyub. O, “rossoneri”lərin heyətində 2 dəfə ölkə çempionu tituluna sahib çıxıb, Çempionlar Liqasının, İtaliya Kubokunun, UEFA və İtaliya Superkubokunun, həmçinin klublar arasında keçirilən qitələrarası dünya çempionatının qalibi olub.