“Bakı” ispanlarla bacarmadı
16.01.2014 - 00:03
Mövsümün ikinci yarısına İspaniyada hazırlaşan “Bakı” klubu növbəti yoxlama matçına çıxıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu gün İspaniyanın “Real Balompedika Linense” klubu ilə qarşılaşıb. Görüş təmsilçimizin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
“Bakı” İspaniya toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama matçında 4:0 hesabı ilə qalib gəlib. “Zolaqlılar” Albaniyanın “Laçi” klubunu məğlub ediblər.
“Bakı” - “Real Balompedika Linense” - 0:1
Qeyd edək ki, “Bakı”nın növbəti 3 rəqibi isə daha səviyyəli komandalar olacaq. “Zolaqlılar” yanvarın 19-da saat 19:30-da Ukrayna “Dnepr”ini, yanvarın 22-də saat 21:00-da Rumıniyanın “Styaua”sı ilə MFC stadionunda görüşəcəklər. Nəhayət, yanvarın 24-də komandamız saat 19:30-da “Arroyo En Medio” stadionunda Ukraynanın “Dinamo” (Kiyev) klubuna rəqib olacaq.

0
0