“İnter” darmadağın oldu - YENİLƏNİB
15.01.2014 - 18:48
“İnter” darmadağın oldu - YENİLƏNİB
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “İnter” növbəti yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, “bankirlər”in qardaş ölkədə 2-ci görüşlərini Almaniya III liqasında mübarizə aparan “Holşteyn Kil” klubuna qarşı keçiriblər.

Görüş komandamız üçün heç də uğurlu alınmayıb. Kaxaber Sxadadzenin bir neçə yeni legioneri sınaqdan keçirdiyi matç rəqibin darmadağını ilə başa çatıb - 0:3.

İNTER – Holşteyn Kil (Almaniya) - 0:3

Qeyd edək ki, “İnter” ilk görüşdə Hollandiyanın KWC klubuna 8:0 hesabı ilə qalib gəlmişdi. Komandamız Türkiyə toplanışı dönəmində daha 3 yoxlama matçı da keçirməyi planlaşdırır.