Bu dəfə iki oyun
15.01.2014 - 14:21
Bu dəfə iki oyun
Bu gün Türkiyənin Antalya şəhərində keçiriləcək yoxlama oyunlarından ikisi azərbaycanlı hakimlərə tapşırılıb. Apasport.az saytının məlumatına görə, təlim-məşq toplanışında olan ədalət təmsilçilərimiz günün 2 görüşünə təyinat alıb.

Ramil Diniyev "Vaslui" (Rumıniya) - "Ərzinspor" (Türkiyə) qarşılaşmasında fit çalacaq. Ömər Paşayev isə "Poloniya"(Polşa) - "Qoverla"( Ukrayna) oyununu idaeə edəcək. Onların hər ikisi toplanışda ilk matçına çıxacaq.

Qeyd edək ki, yanvarın 13-dən toplanışa start verən hakimlərimiz artıq 4 matda söz sahibi olublar. Hazırlığın ilk günü 1, ertəsi isə 3 matç həmyerlilərimizin iştirakı ilə baş tutub