“İnter”in sınadığı braziliyalı
15.01.2014 - 14:54
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “İnter”in düşərgəsində 2 yeni futbolçu var. Apasport.az saytının məlumata görə, “bankirlər” braziliyalı və almaniyalı futbolçuları sınayır.
Son 2 mövsümü Ukrayna çempionatında çıxış edən braziliyalı Mateus Enrike do Karmo Lopes Zaporojets “Metallurq”undan gəlib. Karyerası ərzində vətənində “Amerika Mineyro”, “İpatinqa”, “Qremio”, “Atletiko PR” və Portuqaliyanın “Belenenseş” klublarında çıxış edən 28 yaşlı futbolçu müdafiəçidir. “İnter”in baş məşqçisi Kaxaber Sxadadze Hollandiyanın KWC klubu ilə yoxlama matçında ona şans verib.
Qeyd edək ki, həm Mateus Lopes, həm də kimliyini dəqiqləşdirə bilmədiyimiz almaniyalı futbolçu bu gün “İnter”in heyətində Almaniyanın “Holştey Kil” klubu ilə yoxlama görüşündə forma geyinəcəklər.

0
0