Litvanın ən yaxşı oyunçusu “Rəvan”a keçir
15.01.2014 - 15:26
“Bakı” klubunun transferə çıxardığı Mindauqas Kalonası “Rəvan”a dönür. Apasport.az saytının məlumatına görə, ötən mövsüm başa çatdıqdan sonra “zolaqlılar”la 1+1 il şərti ilə müqavilə bağlayan litvalı yarımmüdafiəçi sabiq klubu ilə danışıq aparır.
2013-cü ilin yanvarında “Rəvan”a transfer olunan, mövsümün ikinci yarısında çıxdığı 13 oyunda 8 qol vuran 29 yaşlı futbolçu diqqətləri üzərinə çəkmişdi. Statistikaya baxsaq, Kalonasın “Bakı” üçün də faydalı olduğunu görərik. Litvalı pleymeyker cari çempionatda “zolaqlılar”ın heyətində ən çox oyun keçirənlərdəndir (17) və hamıdan çox – 7 qol vurub. Lakin onun komanda yoldaşları Rauf Əliyev və Əfran İsmayılova aralarında problem olduğundan, “Bakı” çıxış yolunu legioner futbolçudan qurtulmaqda görür.
Qeyd edək ki, Mindauqas Klaonas ötən il ölkəsinin ən yaxşı futbolçusu seçilib.

0
0