“Qəbələ” 4 futbolçusuz məşq keçdi
15.01.2014 - 15:37
10-cu gündür ki, Türkiyədə hazırlıq keçən “Qəbələ” bu gün səhər məşqi keçib. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, “qırmızı-qaralar” 4 futbolçusu olmadan hazırlıq keçib.
Belə ki, hollandiyalı Lorentso Ebesilio, qvineyalı Umar Kalaban və Amit Quluzadəyə Viktor Mendi də qoşulub. Ancaq seneqallı futbolçu digərlərindən fərqli, zədəli deyil. Sadəcə Mendinin səhhətində problem var. O, xəstələnib.
Məşqə gəlincə, hazırlığa start verilməzdən əvvəl komanda üzvləri bu gün 21 yaşını tamamlaması münasibətilə Müşfiq Teymurovu təbrik edib. Zədədən sonra bərpa prosesi keçən Rail Məlikov və Sadiq Quliyev isə qaçış hərəkətləri həyata keçirib. Onlara “Qəbələ”nin boks bölməsinin rhbəri Fariz Məmmədov da qoşulub.
Qeyd edək ki, Fariz Məmmədov “Qəbələ”nin Türkiyəyə gəldiyi ilk vaxtlardan Mattias Pelklə Almaniyada keçirəcəyi cavab görüşünə hazırlaşır.
Səbuhi TOFİQOĞLU
Bələk

0
0