“Xəzər Lənkəran”da oynaya bilərdi, “Qaziantepspor”a gedir
15.01.2014 - 16:24
 “Xəzər Lənkəran”da oynaya bilərdi, “Qaziantepspor”a gedir
Bir müddət əvvəl adı “Xəzər Lənkəran”la yanaşı hallanan Türkiyə millisinin sabiq üzvü İbrahim Toramanın yeni iş yeri müəyyənləşmək üzrədir. Apasport.az saytının məlumatına görə, komanda yoldaşı Sezer Öztürklə dalaşdığı üçün transferə çıxarılan 33 yaşlı müdafiəçi “Qaziantepspor”la anlaşıb.

Toramamın keçidində həlledici rolu sabiq komanda yoldaşı Sərgən Yalçın oynayıb. Belə ki, o, hazırda “Qaziantepspor”un baş məşqçisidir.

Qeyd edək ki, İbrahim Toraman 2004-cü ildə “Beşiktaş”a elə “Qaziantepspor”dan transfer olunmuşdu. O, apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın təklifinə müsbət yanaşdığını, Mustafa Dənizli ilə çalışmaqdan məmnunun olacağını söyləmişdi.