“Terim tarix yazdı, onun rekordunu qırmaq istəyirik”
15.01.2014 - 21:44
“Terim tarix yazdı, onun rekordunu qırmaq istəyirik”
“Qalatasaray”da baş məşqçi Roberto Mançininin köməkçisi olan Attilio Lombardo klubdakı hədəfləri ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, Türkiyə mətbuatına danışan 47 yaşlı çalışdırıcı “sarı-qırmızılılar”ın sabiq baş məşqçisi Fatih Terimdən ağız dolusu danışıb.

Lombardo məşhur türkiyəli mütəxəssisin “Qalatasaray”da tarix yazdığını və onun rekordunu qırmaq istədiklərini deyib: “Fatih Terimin Türkiyədə çox önəmli bir şəxsiyyət olduğunu bilirik. Bizim üçün çətin olan odur ki, ondan daha yaxşı işlər görməliyik. Terimlə şəxsi tanışlığım yoxdur. İtaliyada da çalışdı. Necə çalışdığını bilirik. Bayaq dediyim kimi, sadəcə azarkeşlər üçün Terimdən daha yaxşı işlər görmək istəyirik. Terim “Qalatasaray” üçün hər zaman böyük mütəxəssis olacaq”.

Qeyd edək ki, futbolçu karyerası ərzində “Yuventus”, “Latsio” kimi klublarda çıxış etmiş italiyalı “Mançester Siti”də də həmyerlisi Mançininin baş məşqçi köməkçisi olub.