“Lokomotiv”in futbolçusu “Neftçi”də
15.01.2014 - 22:20
“Lokomotiv”in futbolçusu “Neftçi”də
Bakının “Neftçi” klubu ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Rusiya “Lokomotiv”inin üzvü Samir Məsimovu heyətinə qatıb. Paytaxt təmsilçisinin Türkiyənin Antalya toplanışına 4 gün əvvəl qatılan hücumçu baxışda özünü yaxşı tərəfdən göstərdiyi üçün onunla müqavilə imzalanmasına qərar verilib.

“Lokomotiv”in aşağı yaş komandasının üzvü ilə 3 illik anlaşmanın imzalanacağı gözlənilir. Yeni oyunçu bu gün Albaniya “Partizani”si ilə keçirilən yoxlama oyununda (2:0) komandasının ikinci qoluna imza atıb.

Qeyd edək ki, Məsimov həm də Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının üzvüdür.