Berti Foqts “Neftçi”nin oyununu erkən tərk etdi
15.01.2014 - 22:26
“Neftçi”nin Türkiyənin Antalya şəhərində keçirdiyi ilk yoxlama oyununda Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da izləyib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis paytaxt təmsilçisinin Albaniya “Partizani”si ilə görüş başlayandan az sonra qarşılaşmanın keçirildiyi arenaya gəlib.
Oyunun təxminən ilk on dəqiqəsini qaçıran Foqts görüşün sonluğunu da izləməyib. Belə ki, almaniyalı matçın bitməsinə on dəqiqə qalarkən tribunaları tərk edib. Millinin baş məşqçisi təxminən 70 dəqiqə izlədiyi oyun haqda fikirlərini açıqlamaq istəməyib.
Qeyd edək ki, “Neftçi” ilk yoxlama oyununda 2:0 hesabı ilə qalib gəlib.

0
0