“Futbol qorxaqlar üçün deyil”
15.01.2014 - 22:33
“Futbol qorxaqlar üçün deyil”
Türkiyənin Antalya şəhərində ilk yoxlama oyununu keçirən “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Albaniya “Partizan”ı ilə qarşılaşmaya çıxan start heyətinə şərh verib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis ikinci qapıçı Pavel Doroşev və icarədən geri dönən Elşən Abdullayevin ilk dəqiqələrdən meydanda olmamasını özünəxas tərzdə dəyərləndirib.

Daim maraqlı açıqlamaları ilə diqqət çəkən Hacıyev bu addımı cəsarətlə izah edib: “Futbol qorxaqlar üçün deyil. Elə belə də yazın”.

Qeyd edək ki, “Neftçi” təxminən iki heyətlə mübarizə apardığı Albaniya təmsilçisini iki cavabsız qolla məğlub edib.