Vitali Borisov: Həftədə 3 məşq çox azdır - MÜSAHİBƏ
16.01.2014 - 00:00
Bakıda təlim-məşq toplanışını başa vuran futzal üzrə Azərbaycan yığması Serbiyaya yollanıb. Yanvarın 26-dək Belqradda hazırlıq keçəcək millimiz ordan Avropa çempionatının final mərhələsinin keçiriləcəyi Belçikaya yollanacaq. Belqrad səfərindən öncə millinin əsas oyunçularından hesab edilən Vitali Borisov apasport.az saytına müsahibə verib.
- Millinin Bakıdakı hazırlığı başa çatdı. Təxminən 12 gün davam edən hazırlıqla bağlı nə deyə bilərsiz?
- Məncə, hər şey yaxşı alındı. Gündə iki dəfə məşq edirdik. Serbiya toplanışı öncəsi bir qədər özümüzə gəldik.
- Daha çox fiziki hazırlığa üstünlük verilirdi. Bu mərhələdə futzalçılar arasında zədələnən olmadı?
- Heç kimdə ciddi zədə yoxdur. Hamı Serbiyaya hazır vəziyyətdə yollanır. Həm də təkcə fiziki hazırlıqla məşğul olmadıq. Taktiki planda da çalışmalar keçdik.
- Əvvəlki illərlə müqayisə etsək, komandanın gücləndiyini söyləmək olarmı?
- İndidən bir söz demək olmaz. Hər şey Avropa çempionatının final mərhələsinin oyunlarından sonra bilinəcək. Nəticələrimiz bilindikdən sonra deyə biləcəyik ki, bu yığma dördüncü pilləni tutan komandadan zəifdir, yoxsa güclü.
- Hazırlıqla bağlı danışan baş məşqçi Joze Alesio da Silva “Araz”ın futzalçıları istisna olmaqla, digər oyunçulardan narazılığını gizlətmirdi. Onların fiziki hazırlığından gileylənirdi. Qısa vaxtda bunu qaydasına salmaq mümkün oldumu?
- Baş məşqçi kimin necə hazırlaşdığını, gücünün nəyə yetdiyini bizdən yaxşı görür. Amma oyunlara qədər hələ vaxtımız var. Serbiyada da təxminən 10 gün hazırlıq keçəcəyik. Az vaxt deyil. Hazırlığında problem olan oyunçuların tam formaya düşməsi üçün müəyyən işlər aparılacaq. Açıq deyirəm ki, “Araz”ın məşqləri digər klublarımızın hazırlığından daha çətin keçir. Fikrimcə, Bakıdakı toplanış digər klublardan gələnlərə çox kömək etdi. Serbiyadakı hazırlıq prosesində də bu davam etdiriləcək.
- Yığmanın əsas simalarından hesab edilən Rizvan Fərzəliyev, eləcə də Rəcəb Fərəczadə digər komanda yoldaşlarına çox geri qalır?
- Bildiyimə görə, “Ekol”un oyunçuları həftədə 3 gün məşq keçirlər. Ancaq “Araz”da isə fərqli plan tətbiq olunur. Biz yalnız bir gün dincəlirik. Qalan günlər məşq edirik. Əlbəttə, həftədə 3 məşq çox azdır. Sadəcə, 10 günlük Serbiya toplanışından maksimum yararlanmalıyıq.
- Auqusto ilk dəfə olaraq millinin heyətində rəsmi oyun keçirəcək. Necə düşünürsüz, onun komandaya cəlb edilməsi yığmamızı gücləndirəcək?
- Dəvət edilibsə, köməyi dəyəcək. Auqusto yaxşı oyunçudur. Çox klubda, turnirdə çıxış edib. Böyük təcrübəyə malikdir.
- Milli İtaliya və Sloveniya ilə bir qrupda yer alıb. Rəqiblərin oyunlarını heç izləmisinizmi?
- Canlı olmasa da, internet vasitəsilə oyunlardan fraqmentlərə baxmışam. İtaliya qrupun favoriti hesab edilir. Sloveniya da zəif deyil. Keçmiş Yuqoslaviya ölkələri bizim üçün münasib olmayan rəqibdir.
- Komandanın qarşısına hansı məqsəd qoyulub?
- İlk tapşırıq qrupdan çıxmaqdır. Sonrakı mərhələdə isə mübarizəni sona qədər davam etdirməyə çalışacağıq. Çalışacağıq ki, birinci pilləni tutaq. Çünki digər qrupda İspaniyanın lider olacağı şübhə doğurmur. ¼ final mərhələsində isə heç kim onlarla qarşılaşmaq istəməz. Çünki çox güclüdürlər.
- “Araz”ın “Dördlər finalı”na vəsiqə qazanması millinin də oyununa müsbət təsir edəcəkmi?
- Sözsüz, “Dördlər finalı”na vəsiqə qazandıqdan sonra əhval-ruhiyyəmiz yüksəlib. Bu müsbət ab-havanın yığmanın oyunlarına da sirayət edəcəyini düşünürəm.

0
0