“Qalatasaray” qrupda ilk xalını qazandı
15.01.2014 - 23:36
Futbol üzrə Türkiyə kubokunda qrup mərhələsinin növbəti görüşləri baş tutub. Apasport.az saytının məlumatına görə, son Superliqa çempionu “Qalatasaray” B qrupu çərçivəsində ilk matçına çıxıb.
“Sarı-qırmızılar” doğma azarkeşləri qarşısında 2-ci dəstə təmsilçisi “Tokatspor”la üz-üzə gəlib. Roberto Mançininin yetirmələri rəqibi 2:0 hesabı ilə məğlub edərək 3 xal qazanıblar. Qalib komandanın qollarını Səlçuk İnan (69-cu dəq. penalti) və Nordin Amrabat (90-cı dəq.) vurub.
Qeyd edək ki, B qrupundakı digər matçda isə “Elazığspor” evdə “Antalyaspor”la 1:1 bərabərə qalıb.
1.Qalatasaray 1 1 0 0 3
2.Antalyaspor 1 0 1 0 1
3.Elazığspor 1 0 1 0 1
4.Tokatspor 1 0 0 1 0

0
0