“Milan” hollandiyalı futbolçusu ilə müqaviləni yeniləyir
16.01.2014 - 02:42
“Milan” hollandiyalı futbolçusu ilə müqaviləni yeniləyir
“Milan” futbolçusu Ubri Emanuelson ilə müqaviləni yeniləyəcək. Apasport.az saytının məlumatına görə, bu barədə 27 yaşlı yarımmüdafiəçi İtaliya mətbuatına açıqlamasında deyib.

Hollandiyalı futbolçu hazırda rəhbərliyin yeni baş məşqçi Klarens Zeedorfla münasibətləri rəsmiləşdirmək üçün çalışdığını və yeni sözləşmənin bir az vaxt aparacağını bildirib: “Mən “Milan”ın prezidenti Adriano Qalliani və klubun sahibi Silvio Berluskoni ilə görüşmüşəm. Onlar mənimlə müqavilənin müddətini uzatmaq istədiklərini dedilər. Biz hələ heç nə imzalamamışıq, amma bu məsələ ilə bağlı görüş artıq planlaşdırılıb. Hazırda onlar digər işlərlə məşğuldurlar”.

Qeyd edək ki, Emanuelson 2011-ci ildə ölkəsinin “Ayaks” klubundan İtaliya təmsilçisinə keçib.