Sərgən Yalçın klubunu tərk etdi
16.01.2014 - 04:11
Sərgən Yalçın klubunu tərk etdi
Ötən ay qış fasiləsində “Qaziantepspor”u tərk edəcəyini açıqlayan və sonra fikrindən daşınan baş məşqçi Sərgən Yalçın yenidən klubu tərk etmək qərarına gəlib. Apasport.az “Sporx”ə istinadən xəbər verir ki, ötən gün futbol şöbə müdiri Mustafa Kızılla mübahisə yaşayan 41 yaşlı çalışdırıcı vəzifəsindən ayrılıb.

Məlumatlara görə görüş vaxtı komandada istədiyi bölgələrə yeni futbolçular alınmadığını dilə gətirən Sərgən Kızıldan gözləmədiyi reaksiya görüncə tərəflər arasında mübahisə olub. Bu hadisədən sonra futbolçularının yanına gələn türkiyəli məşqçi onlarla, daha sonra da klub çalışanları ilə vidalaşaraq ayrılıb.

Qeyd edək ki, Türkiyə millisi ilə yanaşı ölkənin “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” kimi güclü klublarının formasını geyən Sərgən son olaraq 2007-ci ildə “Əskişəhərspor”da çıxış edib və klubdan ayrıldıqdan sonra futbolla vidalaşıb. O, məşqçi olaraq isə “Beşiktaş”ın aşağı yaş qrupları üzrə komandalarında çalışıb. Yalçın ötən ilin noyabr ayından Qaziantep təmsilçisini çalışdırırdı.