Əliyev Rusiya klubu ilə müqavilə bağladı - FOTO
16.01.2014 - 05:38
Əliyev Rusiya klubu ilə müqavilə bağladı - FOTO
Bir müddət əvvəl adı “Qəbələ” ilə yanaşı hallanan Kiyev “Dinamo”sunun əslən azərbaycanlı futbolçu Aleksandr Əliyev Rusiyanın “Anji” klubu ilə anlaşıb. Apasport.az-ın xəbərinə görə bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Belə ki, 28 yaşlı yarımmüdafiəçi Mahaçqala təmsilçisi ilə 2.5 illik müqavilə bağlayıb. O, yeni klubunda 8 nömrəli formanı geyəcək.

Qeyd edək ki, Ukrayna millisinin sabiq üzvü ötən mövsümə “Dnepr”də başlasa da, dövrələrarası fasilədə müqavilə ilə məxsus olduğu “Dinamo”ya qayıdıb. Lakin rəhbərlik onu əvəzedici komandaya göndərib və qış fasiləsində transferə çıxarılıb.