1 milyon avroluq müqavilə – Podolskidən
01.07.2021 - 22:36
1 milyon avroluq müqavilə – Podolskidən

Almaniya millisinin sabiq futbolçusu Lukas Podolski özünü yeni sahədə sınamaq qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, “Antalyaspor”dan yenicə ayrılan 36 yaşlı oyunçu bundan sonra şou-proqrama qatılacaq.

O, RTL kanalında yayımlanan “Super istedad” verilişinin münsiflər heyətində yer alacaq. “Bild” nəşri Podolskinin futbolçu karyerasını başa vurduğunu, yeni sahədəki işinə görə 1 milyon avroluq qazanc əldə edəcəyini yazıb. RTL də onunla rəsmi müqavilə imzalandığını bəyan edib.

Qeyd edək ki, Lukas Podolski bir müddət əvvəl menecerlər tərəfindən “Qarabağ”a təklif edilmişdi.