10 & 80 – xoşagəlməz yubileylər
29.11.2019 - 13:31
10 & 80 – xoşagəlməz yubileylər

Avropa Liqasının qrup mərhələsinin V turunun “Sevilya” – “Qarabağ” görüşü Azərbaycan futbolu üçün xoşagəlməz yubileylərlə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, 0:2 hesabı ilə uduzan ağdamlılar klublarımızın cari mövsümdə 10-cu məğlubiyyətinin səbəbkarına çevrilib.

Bu mövsüm 4 komandamız birlikdə keçirdiyi əvvəlki 22 matçda 9 dəfə uduzmuşdu. Yubiley – 10-cu uğursuzluq Sevilyada yaşanıb.

“Ramon Sançes Pisxuan” stadionundakı yenilgi Azərbaycan komandalarının Avropa Liqasında 80-ci məğlubiyyəti kimi tarixə düşüb. Bu, turnirin 2009-cu ildən indiki format və adla keçirildiyi dövrdə baş tutan 191-ci qarşılaşmaya təsadüf edib.