10 günlük karantinə alınır - “Liverpul”un futbolçuları
10.09.2021 - 16:13
İngiltərənin “Liverpul” klubunun braziliyalı futbolçuları Roberto Firmino, Alisson və Fabinyo 10 günlük karantinə alınacaq.
Apasport.az saytının məlumatına görə, Braziliya yığmasından qayıdan futbolçular 4 oyunda komandaya kömək edə bilməyəcək.
Onların koronavirus pandemiyası ilə bağlı karantində olduğu müddətdə mersisaydlılar Premyer Liqada 3, Çempionlar Liqasında 1 matç keçirəcək.
Digər ölkələrin milli komandalarından qayıdan futbolçular da eyni aqibətlə üzləşə bilər. Onlarla bağlı qərar sonradan veriləcək.
0
0