10 ildən sonra gələn QƏLƏBƏ
                    
                    31.03.2024 - 13:25
                        
                     
                    Almaniya Bundesliqasının 27-ci turunda gözlənilməz nəticə qeydə alınıb.
Apasport.az xəbər verir ki, “Bavariya” 10 ildən sonra doğma meydanda “Borussiya”ya məğlub olub.
Oyun Dortmund klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Borussiya” sonuncu dəfə səfərdə 2014-cü il aprelin 12-də “Bavariya”dan üstün olmuşdu.
Qeyd edək ki, 27 turdan sonra “Bavariya” 60 xalla 2-ci, “Borussiya” isə 53 xalla 4-cü pillədə qərarlaşıb.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            