100 milyonluq təklifdən imtina etdi – “Yuventus”
14.07.2021 - 14:16
100 milyonluq təklifdən imtina etdi – “Yuventus”

İngiltərənin “Çelsi” klubu Federiko Kyezanı heyətinə qatmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi İtaliya millisi ilə AVRO-2020-nin qalibi olan yarımmüdafiəçinin transferi ilə bağlı danışıqlara da start verib.

London klubu Kyezanın məxsus olduğu “Yuventus”la təmasa keçib. Paytaxt təmsilçisi onun keçidi üçün 100 milyon avro təklif edib.

Turinlilər 23 yaşlı oyunçunu satmaqdan imtina edib. Lakin “Çelsi” rəhbərliyi təklif etdiyi qiyməti qaldırmaq niyyətindədir.

0