12 il sonra eyni hesab – Almaniya 7:1-i təkrarladı
14.06.2026 - 23:33
12 il sonra eyni hesab – Almaniya 7:1-i təkrarladı

Almaniya millisi 12 ildən sonra dünya çempionatlarında tarixi hesabını təkrarlayıb.

Apasport.az xəbər verir ki, bundestim DÇ-2026-nın qrup mərhələsində Kurasao millisini 7:1 hesabı ilə məğlub edib.

Almanlar sonuncu dəfə mundialda bu hesablı qələbəni 2014-cü ildə qazanmışdı. Həmin vaxt Almaniya mundiala ev sahibliyi edən Braziliyanı yarımfinalda 7:1 darmadağın etmişdi.

Maraqlıdır ki, 2014-cü ildə Braziliyanı 7:1 hesabı ilə məğlub edən Almaniya millisinin heyətindən indiki komandada yalnız Manuel Noyer qalıb. 40 yaşlı qapıçı 12 il əvvəl olduğu kimi, Kurasao ilə görüşdə də bundestimin çərçivəsini qoruyub. 

Qeyd edək ki, bu, dünya çempionatları tarixində qeydə alınan üçüncü 7:1 hesablı nəticədir. Daha əvvəl 1934-cü ildə İtaliya ABŞ-ni, 2014-cü ildə isə Almaniya Braziliyanı eyni hesabla məğlub etmişdi.