Argentina millisi DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin XVII turunda Venesuelanı 3:0 hesabı ilə məğlub edib.
Apasport.az saytının məlumatına görə, “tanqocular” bu matçda uğurlu seriyasını davam etdirib.
Matçda son nöqtəni qoyan kapitan Lionel Messinin son 13 ildə qol vurduğu heç bir matçda argentinalılar uduzmayıblar. Komanda axırıncı dəfə 2009-cu ildə Leonun qol vurmasına baxmayaraq, İspaniyaya yoldaşlıq görüşündə məğlub olub.
35 yaşlı superulduz özü isə 7 matçlıq qol həsrətinə son qoyub. O, bunadək sonuncu dəfə fevralın 6-da Fransa Liqa1 çərçivəsində “Lill” ilə oyunda (5:1) qol vurmuşdu.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”