İspaniyanın “Barselona” klubunun baş məşqçisi Ronald Kumanın ala biləcəyi kompensasiyanın məbləği bəlli olub.
Apasport.az saytının məlumatına görə, niderlandlı mütəxəssisin istefası La Liqa təmsilçisinə baha başa gələcək.
58 yaşlı çalışdırıcı vəzifəsindən azad edilsə, 13 milyon avroya yaxın vəsait alacaq. Kuman müqavilənin sonuna kimi qalmadığı üçün ona 5,8 milyon ödəniləcək. Onun 7,2 milyon təşkil edən illik maaşı da sonadək veriləcək.
“Barselona” mütəxəssisin yığmadan ayrılması üçün Niderland Kral Futbol İttifaqına da 5 milyon avro ödəməli idi. Bu vəsaitin hələ də ödənilmədiyi bildirilir. Lakin bu məbləğin Kumanın özü tərəfindən ödənildiyi barədə iddialar da var.
Qeyd edək ki, klub prezidenti Joan Laporta Kumanı əvəzləyə biləcək digər məşqçilərlə danışıqlar aparır.