13 mərhələ gördü, kuboku qazandı – tarixdə ilk
16.05.2021 - 09:54
13 mərhələ gördü, kuboku qazandı – tarixdə ilk

“Lester” klubunun futbolçusu Ceymi Vardi İngiltərə kubokunun tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, hücumçu buna “Çelsi” ilə final matçında iştirak etməklə imza atıb.

Vardi karyerası ərzində İngiltərə kubokunun 13 mərhələsinin hamısında meydana çıxan və kuboku da qazanan ilk futbolçu olub. O, “Lester”ə “Flitvud Taun”, “Qalifaks Taun”, “Stoksbric Park Stilz”in heyətində aşağı liqalarda oynadığı vaxt erkən mərhələlərdə mübarizə aparıb.

Qeyd edək ki, “Lester” finalda “Çelsi”ni 1:0 hesabı ilə məğlub edib.
 

0