14 illik həsrətə son
29.08.2022 - 09:45
14 illik həsrətə son

“Real”ın hücumçusu Kərim Benzema La Liqanın III turunda “Espanyol”la oyunda dubl edib.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı forvardın son dəqiqələrdə vurduğu 2 qol “kral klubu”na Barselona səfərində 3:1 hesablı qələbə qazandırıb.

Fransa millisinin üzvü qollardan birini cərimə zərbəsindən vurub. Bununla o, 14 ildən sonra ilk dəfə standart vəziyyətdən fərqlənib. Benzema sonuncu dəfə 2008-ci ildə “Lion”da olarkən cərimə zərbəsindən rəqibi mərkəzə dəvət etmişdi.

Qeyd edək ki, La Liqanın ilk 3 turunda 9 xal toplayan “Real” turnir cədvəlinə başçılıq edir.

0