14 turda 14 dəfə: Yalnız “Qarabağ” cəzalanmayıb
12.12.2019 - 17:47
14 turda 14 dəfə: Yalnız “Qarabağ” cəzalanmayıb

Azərbaycan Premyer Liqasında mövsümün başa çatan ilk yarısında qapılara 14 penalti zərbəsi təyin olunub.

Apasport.az saytının məlumatına görə, 14 turun 56 oyununda vurulan 11 metrlik cərimə zərbələrindən 11-i dəqiq olub.

3 dəfə imkanı qaçıran futbolçuların dəqiqlik faizi 78,6-ya bərabərdir.

Penaltilərdən 8-i meydan sahibləri, 3-ü qonaqların lehinə verilib. Maraqlıdır ki, imkanı qaçıranların hamısı ev oyununda 11 metrlikdən qeyri-dəqiq olub.

İki dövrə ərzində Premyer Liqanın 5 komandası bu yolla fərqlənmək imkanı qazanıb. “Sumqayıt”la “Səbail” digərləri ilə müqayisədə daha çox penalti vurub.

Penalti vuran komandalar: “Sumqayıt” – 5 zərbə (1 qeyri-dəqiq), “Səbail” – 4 (1), “Neftçi” – 2, “Zirə” – 2 (1), “Qarabağ” – 1. Penalti vurmayan komandalar: “Qəbələ”, “Sabah”, “Keşlə”.

Mövsümün 7 komanda 11 metrlik nöqtədən zərbələrlə cəzalanıb. Yalnız bir klub – çempionatın lideri “Qarabağ” hakimlərin qəzəbindən qaçıbsa, “Sumqayıt”la “Neftçi” daha çox cəzalanıb.

Penalti ilə cəzalanan komandalar: “Sumqayıt” – 3, “Neftçi” – 3 (1), “Keşlə”, “Qəbələ”, “Zirə” – 2, “Sabah”, “Səbail” – 1 (1). Penalti ilə cəzalanmayıb: “Qarabağ”.

5 ay davam edən ilk yarıda 4 futbolçu bir dəfədən artıq belə zərbə vurub. Onların hamısı iki imkan əldə edib. Üç oyunçu hər iki şansdan yararlanıbsa, biri 50 faizlik nəticə göstərib.

Ən çox penalti vuran futbolçular: Emin Mahmudov, Peyman Babayev, Mehdi Şərifi – 2, Ağabala Ramazanov – 2 (1).

14 tur ərzində 8 hakim penalti təyin edib. Onlar arasında rekordçu Əliyar Ağayevlə Vüqar Həsənlidir.

Penalti təyin edən hakimlər: Əliyar Ağayev, Vüqar Həsənli – 3, Orxan Məmmədov, Səbuhi Bayramov – 2,
Elçin Məsiyev, İnqilab Məmmədov, Rövşən Rəcəbov, Rəvan Həmzəzadə - 1.

İlk yarının 56 oyunundan ikisində 1-dən artıq penalti vurulub. Hər iki qarşılaşma Sumqayıtda keçirilib.

II turun “Sumqayıt” – “Səbail” matçında (0:3) V.Həsənli hər qapıya bir belə zərbə təyin edib. Meydan sahibləri şansı qaçırıbsa, qonaqlar dəqiq olub.

IX turda keçirilən “Sumqayıt” – “Neftçi” oyununda (2:4) mövsümün penalti rekordu qeydə alınıb. Ə.Ağayev 1 dəfə bakılıları, 2 dəfə sumqayıtlıları cəzalandırıb. Bütün zərbələr dəqiq olub.