15 koronavirusa yoluxma – Premyer Liqa klubunda
19.07.2021 - 20:10
Ukraynanın “Lvov” klubu xoşagəlməz hadisə ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisinin 15 üzvünün koronavirus testi müsbət nəticələnib.
Onlardan 11-i futbolçu, 4-ü məşqçi heyətinin üzvləridir. Daha 5 nəfərin yüksək hərarəti var.
Lvovun eyniadlı təmsilçisi yeni mövsümə iyulun 23-də start verməlidir. Həmin gün keçirilməli olan çempionatın “Mariupol”la qarşılaşmasının təşkili də sual altına düşüb.
0
0