İspaniyanın “Barselona” klubu futbolçusu Ansu Fatinin transferi ilə bağlı daha bir təklifi rədd edib.
Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi İngiltərənin “Mançester Yunayted” klubuna növbəti dəfə “yox” cavabı verib.
Britaniyalılar bu dəfə 17 yaşlı futbolçu üçün 150 milyon avro təklif edib. Lakin öncə 100 milyonluq təkliflə razılaşmayan Barselonanın eyniadlı təmsilçisi yenə eyni addımı atıb.
İspaniya klubu futbolçusunu ümumiyyətlə satmaq istəmir. Amma mançesterlilər oyunçunun müqaviləsindəki 170 milyonluq təzminat bəndini aktivləşdirə bilər.
Qeyd edək ki, Ansunun müqaviləsi 2022-ci il iyunun 30-da başa çatır.