16 tur, 16 xal və əlvida
24.11.2022 - 20:11
16 tur, 16 xal və əlvida

Niderland millisinin keçmiş futbolçusu Dirk Kuytun ilk baş məşqçilik təcrübəsi qısa çəkib.

Apasport.az saytı xəbər verir ki, 37 yaşlı mütəxəssis "Den Haaq"dan ayrılıb.

Bu barədə ikinci liqa klubunun rəsmi saytı məlumat yayıb. Yolların ayrılmasına səbəb komandanın göstərdiyi zəif nəticələrdir.

16 turdan sonra 16 xal toplayan Haaqa təmsilçisi 20 komanda arasında 17 sırada qərarlaşıb.

Qeyd edək ki, Dirk Kuyt iyunun 2-də "Den Haaq"ın "sükanı arxası"na keçmişdi.

0