16 yaşlı futbolçu üçün 35 milyon
22.01.2020 - 13:35
16 yaşlı futbolçu üçün 35 milyon

"Mançester Yunayted" "Birmingem"in yarımmüdafiəçisi Cud Bellinqemi transfer etmək niyyətindədir.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qırmızı şeytanlar" 16 yaşlı oyunçu ilə bağlı qarşı tərəflə danışıqlara başlayıb.

"Mankunianlar" Bellinqem üçün "Birmingem"ə 35 milyon avro təklif edib. Ancaq onun xidmətində "Barselona", "Bavariya", Dortmund "Borussiya"sı və "Liverpul" da maraqlıdır. Bu mövsüm Çempionşipdə 25 matçda iştirak edən gənc futbolçu 4 qola imza atıb.

Bellinqemin "Birmingem"də illik maaşı 9 min avrodur. O, ilk peşəkar müqaviləsini iyunun 29-da 17 yaşı tamam olanda bağlaya bilər.