Almaniya Bundesliqasında 2020/21 mövsümünə start verilib.
Apasport.az saytının məlumatına görə, açılış matçında son çempion “Bavariya” meydana çıxıb.
Ötən mövsüm qızıl het-trik edən Münhen təmsilçisi prinsipial rəqiblərindən sayılan “Şalke”ni qəbul edib. “Bavariya” ilk görüşündəcə darmadağınla qələbə qazanaraq, iddiasını ortaya qoyub. Çempion “Barselona”dan sonra “Şalke”ni də 8 dəfə mərkəzə dəvət edib.
Qarşılaşmanın 4-cü dəqiqəsində hesabı açan Serj Qnabri mövsümün ilk qolunun müəllifi olub. Het-trik edən futbolçu həm də son 18 ildə mövsümün ən erkən qoluna imza atıb.
Turun qalan matçları 19-20 sentyabr tarixlərində keçiriləcək.
Almaniya Bundesliqası
I tur
18 sentyabr
“Bavariya” – “Şalke” – 8:0
Qnabri, 4, 47, 59, Qoretska, 19, Levandovski, 31 (pen.), Müller, 70, Sane, 71, Musiala, 81