[b]18 yaşlı futbolçu seçim qarşısında: “Real”, yoxsa “Barselona”?[/b]
05.06.2018 - 15:02
[b]18 yaşlı futbolçu seçim qarşısında: “Real”, yoxsa “Barselona”?[/b]

“Valensiya”nın yarımmüdafiəçisi Xose Paskual Alba klubunu dəyişməyə hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc oyunçu əzəli rəqiblər “Real” və “Barselona”nın maraq dairəsindədi.

 

Gələcəyin ulduzları arasında göstərilən 18 yaşlı futbolçunun “yarasalar”la müqavilə müddəti artıq başa çatıb. Klub isə onun sözləşməsinin gələn ilin yayına qədər olduğunu düşünürdü. Artıq azad agent statusu daşıyan futbolçu “Real” və “Barselona”dan aldığı təklifləri dəyərləndirir.

 

Qeyd edək ki, Xose Paskual Alba ötən mövsümü “Valensiya”nın gənclər komandasında keçirib.