19 milyona razı deyil – “Milan”
10.02.2021 - 16:18
“Milan” icarə əsasında komandanın formasını geyinən Dioqo Dalotla bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan sağ cinah müdafiəçisini birdəfəlik transfer etmək niyyətindədir.
Tərəflər arasındakı razılığa əsasən, “rossonyerlər” portuqaliyalı oyunçunu yayda 19 milyon funt-sterlinqə ala bilər. Lakin A seriyası təmsilçisi məbləğdə endirimə getməsi üçün ingilislərlə danışıq aparır.
Qeyd edək ki, Dioqo Dalot həmçinin İspaniya klubu “Barselona”nın maraq dairəsindədir.
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
0
0