2 aylıq maaşdan imtina tələbi – çempionun prezidentindən
11.05.2021 - 11:46
“İnter”in prezidenti Steven Zanq futbolçularla görüş keçirib.
Apasport.az saytının məlumatına görə, o, A seriyası çempionu olan “neradzurra”nın üzvlərinin 2 aylıq maaşlarından imtina etmələrini istəyib.
Zanq buna səbəb kimi koronavirus pandemiyası ilə bağlı klubda yaranan maliyyə böhranını göstərib. Hər futbolçu ayrı-ayrılıqda qərar verəcək və yaxın günlərdə klub direktorları ilə görüşəcək.
Qeyd edək ki, “İnter” “Yuventus”un ardıcıl 9 çempionluğuna bu mövsüm son qoyub.
0
0