Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün iştirakçıları təsdiqlənib.
Apasport.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsi bu gün keçirilən videokonfrans formatında iclasında növbəti mövsümün də 8 klubun iştirakı ilə baş tutmasını qərara alıb.
Həmin komandalar 2020/21 mövsümündə elitada çıxış edənlər olacaq. AFFA İcraiyyə Komitəsi I divizion klublarından heç birinin Premyer Liqa ilə bağlı lisenziya şərtlərini yerinə yetirə bilməməsi və pandemiya ilə bağlı ortaya çıxan çətinlikləri nəzərə alaraq, analoji qərar verib.
Həmçinin vurğulanıb ki, 2021/22 mövsümündən başlayaraq isə I divizionda çıxış edən ən azı 2 kluba 2022/23 mövsümündən etibarən sponsorların tapılması məqsədilə AFFA tərəfindən çalışmalara başlanılsın. Klublar sponsor tapılmasında çətinliklər yaşadığı üçün bu öhdəliyi assosiasiya öz üzərinə götürüb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı