200 metrdən aşan futbolçu sağ qaldı
28.06.2020 - 12:40
200 metrdən aşan futbolçu sağ qaldı

Braziliyanın “Kruzeyro” klubunun futbolçusu Enrike qəzaya uğrayıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi avtomobili ilə 200 metr hündürlüyündəki qayadan aşıb.

Futbolçunun xilas edilməsi üçün 4 yanğınsöndürmə maşınından istifadə olunub. Enrike sağ qalsa da, hadisədən sonra şok vəziyyətində olduğundan baş verənlərə aydınlıq gətirə bilməyib. Menecerinin sözlərinə görə, yüngül xəsarətlər alan yarımmüdafiəçi həkimlərin nəzarəti altındadır.