Fransanın PSJ klubunun Erlind Halandın transferi üçün təklif edəcəyi məbləğ bəlli olub.
Apasport.az saytının məlumatına görə, komandanı tərk edəcəyi gözlənilən Killian Mbappeni əvəzləyəcək hücumçu axtaran Liqa1 təmsilçisi Norveç yığmasının üzvü üçün 200 milyon avro təklif edəcək.
Parislilər Dortmund “Borussiya”sının bu məbləğdən imtina etməyəcəyinə ümidlidir. Yay transfer pəncərəsinin son günlərində Halandı heyətinə qatmağı planlaşdıran PSJ nə bu vəsaitin böyüklüyündən, nə də norveçlinin istəyəcəyi yüksək maaş və agentinin alacağı komissiya xərclərindən çəkinmir.
Qeyd edək ki, Halandın Almaniya klubu ilə müqaviləsinin şərtinə görə gələn yay onu 75 milyona transfer etmək mümkün olacaq.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU